12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dövlət qurumunun xidməti avtomobilləri geri alınır – Qərar
Tarix: 08-12-2017 10:10 | Bölmə: İqtisadiyyat
Dövlət qurumunun xidməti avtomobilləri geri alınır

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İcərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xidməti avtomobillərdən (3 ədəd) istifadəsinə xitam verilib.

Bu barədə Baş nazir Artur Rasizadə tərəfindən imzalanan qərarda bildirilir.

Bu addım dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi məqsədi ilə atılıb.

Qərara görə, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin 51-ci hissəsi ləğv edilib.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər