Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 31-03-2016 13:18 | Bölmə: İqtisadiyyat

"Banklardan sonra bir sıra tikinti və avtomobil servis şirkətləri də əhalini aldatmağa və yumşaq desək, şirnikləşdirməyə başlayıblar. Yəqin ki, son zamanlar müxtəlif şirkətlərin 4.4 effektiv faizlə mənzil və ya avtomobilin kreditə satışı barədə reklamları ilə tanış olmusunuz. Dünyanın heç bir normal şirkətinin iş təcrübəsində yalnız effektiv faizləri elan etməyə rast gəlinmir".
Reyting.az mia.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, effektiv faizlər birbaşa müştəriləri aldatmaq və onların real (nominal) olmayan faizlər ilə cəlb etməkməqsədi daşıyır:
"Əgər müştəri 4.4 faizlə kredit götürə bilməyəcəksə və mənzil və ya avtomobil kreditini rəsmilləşdirən zaman daha yüksə faizlərlə rastlaşacaqsa belə saxta faizləri elan etmək biznesin ən adi etik prinsiplərinə ziddir. Təbii ki, kredit üzrə effektiv faiz 4.4-dürsə, o zaman real faiz şərtlərdən asılı olaraq bundan 2 dəfəyə yaxın çoxdur”.
V.Bayramov deyib ki, bu, ona bənzəyir ki, mağazadan su alırsınız və onun üzərinə 80 qəpik yazılıb, kassaya yaxınlaşıb ödəniş edəndə satıcı sizdən 1 manat 20 qəpik tələb edir və deyir ki, su üzərində olan effektiv qiymətdir və ora kommunal xərclər, işçilərin maaşı və s. daxil deyil, real qiymət 1 manat 20 qəpikdir: "Bu 4.4 faiz effektiv faiz elan edilib, amma kreditə daha yüksək faiz hesablamaqdan heç də az təəccüblü deyil. Çünki hər iki halda müştərinin aldadılması baş verir. Maraqlıdır ki, ötən il Mərkəzi Bank yalnız effektiv faizin qadağan edilməsi barədə banklara məktub göndərsə də, yenə də müştərilərin aldadılması davam edir. Mərkəzi Bank isə buna, yumşaq desək, "göz yumur”. Bir azdan bu şirkətlərin müştəriləri cəlb etmək üçün mənzillərin və ya avtomobillərin effektiv qiymətlərini elan etsələr təəccüblənməyin.Deyə bilərlər ki, hansısa avtomobil 15 min manat effektiv qiymətə təklif edilir. Avtomobili alanda isə deyəcəklər ki, real qiymət 25 min manatdır, elan edilən effektiv qiymət idi. Qəribədir, amma bizdə bu, heç kimi, artıq yəqin ki təəccübləndirməz.Təəssüf ki, bəzi şirkətlər biznes etikası və ya müştəri məmunluğunu deyil, yenə də qısa zamanda daha çox gəlir əldə etməyi hədəfləyirlər".
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər