Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 11-04-2016 14:26 | Bölmə: İqtisadiyyat

Azərbaycan bankları quraşdırdıqları bankomatların sayını azaldır.
Fins.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu ilin fevralı ayının yekununda Azərbaycanda 2562 bankomat olub. Bu, yanvar ayının yekunu ilə müqayisədə 9 ədəd azdır. Götürülmüş bankomatların hamısı regionlarda quraşdırılanlardır. Son 1 ildə isə bankomatların sayı 60 ədəd azalıb. Bunun 53-ü Bakının, 7-si isə regionların payına düşüb. Yəni, ötən ilin fevral ayından bəri banklar Bakıdakı bankomatlarının sayını daha çox azaldıb.
Bank sahəsi üzrə mütəxəssis Rauf Ağayev hesab edir ki, bankomatların sayının azalması bankların həmin qurğularda yerləşdirməyə pul tapmaması ilə bağlıdır:
"Azərbaycanda manat kütləsi azalıb, indi banklara əvvəlki kimi bankomatlarda çoxlu pul saxlamaq sərf etmir. Bank sektorunda aktivlik zəifdir, ora qoyulmuş pul aylarla qala bilər, bu isə həmin vəsaitin dövriyyədə olmaması deməkdir. Məzənnə riski də var. Odur ki, banklar bankomatları götürürlər”.
Onun sözlərinə görə, 1 bankomatda 4 kasset olur. Hər kassetə isə 2 min əskinas yerləşdirilir:
"İndi təsəvvür edin ki, hər kassetdə 2 min 100-lük əskinas, 2 min 50-lik əskinas olsa, bu elə 300 min manat deməkdir. Bu puldan istifadə olunmayacaqsa, bank onu niyə bankomatda saxlasın?”.
Bankomatların götürülməsi həm də onun saxlanmasına çəkilən xərclərlə bağlıdır. Rauf Ağayevin fikrincə, elektrik və rabitə xərcləri bir yana, banklar bankomatların quraşdırıldığı yerlərə görə aylıq icarə haqqı da ödəməyə məcburdurlar: "İstiqamətdən asılı olaraq banklar məşğul etdikləri yerə görə icarə pulu verirlər. Şəhərin mərkəzində hansısa mağazadan bankomat üçün yer alıblarsa, onun aylıq xərci 1000-1500 manata qədər ola bilər. Kənar ərazilərdə, Bakının kəndlərində isə azı 100-200 manat ödəmək lazım gəlir. Bank hesablayır, əgər bir bankomat ona bu gəliri gətirmirsə, həmin bankomatı saxlamaq lazım deyil”.
Bəzən isə bankomatlar mağaza sahiblərinin istəyi ilə götürülür: "Maaş-pensiya verilən ərəfədə bankomatların qarşısında saatlarla izdiham olur. Bu isə onun yerləşdiyi mağazanın sahibinə sərf etmir. Yəni, alış-verişə mane olur, mağazaya girmək istəyən insanlar qələbəliyi görüb fikirlərindən daşınırlar. Ona görə də, bəzən elə obyekt sahibləri özləri banka deyirlər ki, bankomatı götürsün. İcarə haqqından da imtina edirlər”, – deyə Rauf Ağayev bildirib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər