20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Azərbaycandan Avropaya təbii qaz ixracı rekord həddə çatıb
Tarix: 29-07-2022 10:05 | Bölmə: İqtisadiyyat
Azərbaycandan Avropaya təbii qaz ixracı rekord həddə çatıb

Avropa İtiifaqı (Aİ) ölkələri Rusiyadan idxal olunan təbii qazın minimuma endirilməsi şokunu yaşayarkən Azərbaycanın Cənub Qaz Dəhlizi ilə Avropaya nəql etdiyi qazın gündəlik həcmi 37 milyon m3-ə yüksəlib.

Reyting.az
xəbər verir ki, bu barədə “EADaily” portalı yazıb. Portal iddia edib ki, iyulda 36 milyon m3-lik köhnə rekord qırılıb.

Qeyd edilir ki, qaz nəqli hazırkı tempi qoruyub saxlasa, illik ixrac 13,5 milyard m3-ə çatacaq.

Ekspertlər bildiriblər ki, bu həcm kifayət qədər böyükdür, lakin “Qazprom”un ixracı azaltması nəticəsində yaranan boşluğu doldurmaq üçün kifayət deyil.

Portal vurğulayıb ki, “Qazprom”un təbii qaz nəqlini 40 faiz azaltması nəticəsində hər min m3 qazın qiyməti 2 min 300 ABŞ dollarını keçib.

Avropa İttifaqı rəsmiləri qarşıdakı 5 ildə Xəzər dənizindən hasil edilən təbii qazın tədarükünü hər il 20 milyard m3-ə çatdırmağı hədəfləyirlər.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər