Brayza: “Avropa Kremlin enerji şantajına müqavimət göstərməyə hazırdır”
Tarix: 31-07-2022 00:28 | Bölmə: İqtisadiyyat
Brayza: “Avropa Kremlin enerji şantajına müqavimət göstərməyə hazırdır”

“Avropa Rusiyanın enerji şantajına hazırdır. Avropa İttifaqı əmindir ki, onlar bu qış Rusiya qazının tədarükünün tamamilə dayandırılması təhlükəsi fonunda mümkün diskomfortlara dözə biləcəklər”.

Bunu ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza "Espresso" telekanalında deyib.

Onun sözlərinə görə, qış avropalılar üçün kifayət qədər çətin olacaq:

“Lakin evlər deyil, bəzi iri müəssisələr üçün çətin olacaq. Almaniyada keçirilən ictimai rəy sorğularına görə, almanlar evlərində temperaturun aşağı düşməsinə, iqtisadi artımın bir qədər yavaşlamasına hazırdırlar”.

Diplomatın fikrincə, əgər hava çox soyuq keçərsə və diskomfort Rusiyaya müqavimət göstərmək hazırlığını üstələyirsə, avropalıların fikrini dəyişmək olacaq:

“Avropa Rusiyanın enerji şantajına müqavimət göstərməyə hazır olduğunu nümayiş etdirir, bu halda Rusiya sarsıdıcı iqtisadi zərbə alacaq. Kreml yazda Ukraynaya qarşı hərbi əməliyyatları maliyyələşdirməyə davam edə bilməyəcək. Avropalılar başa düşürlər ki, Rusiyanı döyüş meydanında dayandırmaq lazımdır”/Report.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}