20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Borrel: “Avropa əsl fırtına ilə üz-üzədir"
Tarix: 01-08-2022 22:28 | Bölmə: İqtisadiyyat
Borrel: “Avropa əsl fırtına ilə üz-üzədir"

“Avropa əsl fırtına ilə üz-üzədir: enerji qiymətləri yüksəlir, iqtisadi artım yavaşlayır, qış yaxınlaşır”.

Bunu Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Rusiya qazının idxal payının ilin əvvəlindəki 40%-dən bu gün təxminən 20%-ə qədər ümumi azalmasının öhdəsindən müəyyən dərəcədə gələ bilib:

“Bu, əsasən mayeləşdirilmiş təbii qazın (LNG) alışının artması hesabına əldə edilib, onun payı iki dəfə artaraq 19%-dən 37%-ə çatıb. Norveç, Əlcəzair və Azərbaycandan da təbii qazın idxalı artırılıb. Lakin çətin həqiqət budur ki, bu qış biz qeyri-rus mənbələrindən nə qədər əlavə qaz ala biləcəyimiz həddinə yaxınlaşırıq. Beləliklə, əsas hissə enerji qənaətinə, yəni tələbatın azalmasına düşməlidir”.

Aİ-nin xarici siyasət departamentinin rəhbəri təəssüf edir ki, 2014-cü ildən sonra Avropa tədarüklərin şaxələndirilməsi və onlarda Rusiyanın payının azaldılması, enerji səmərəliliyinə və bərpa olunan mənbələrə sərmayə qoyuluşu üzərində qurulmuş əsl Aİ enerji ittifaqı yaratmayıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər