12:06 / 03-02-2026
Tehranda bazar yanır
10:55 / 03-02-2026
"Azvvallet"ə qadağa qoyulub
“Lənkəran Taxıl” ASC-nin dövlətə məxsus səhm paketi özəlləşdirilib
Tarix: 03-08-2022 17:48 | Bölmə: İqtisadiyyat
“Lənkəran Taxıl” ASC-nin dövlətə məxsus səhm paketi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini keçirdiyi növbəti hərracda “Lənkəran Taxıl” ASC-nin dövlətə məxsus səhm paketi özəlləşdirilib.

Reyting.az
Dövlət Xidmətinə istinadən xəbər verir ki, səhmdar cəmiyyətinin 29,95%-lik səhm paketi 26 043 manata satılıb.

Bundan əlavə, hərracda Xızı rayonunda yerləşən “Şurabad” qum yatağının 5 hektar sahəsi, Bakının Qaradağ rayonunda “Gülbaxt”, “Vulkan”, “Şahqaya”, “Karvansaray” əhəngdaşı yataqlarının müvafiq olaraq 3,66, 13,72, 3, 15,68 hektar sahəsi, Daşkəsən rayonunda “Bulaqlı” mərmərləşmiş əhəngdaşı yatağının 1 hektar sahəsi və Salyan rayonunda “Babazənən 1” gil yatağının 1 hektar sahəsi istifadəyə verilib.

Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/sTcho)




Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb