20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Azərbaycan “OPEC plus”un hasilatı artırmaqla bağlı qərarını dəstəkləyib
Tarix: 03-08-2022 17:53 | Bölmə: İqtisadiyyat
Azərbaycan “OPEC plus”un hasilatı artırmaqla bağlı qərarını dəstəkləyib

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 31-ci iclasında gündəlik neft hasilatının sentyabrda 100 min barrel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

Reyting.az
 Energetika Nazirliyinə istinadən xəbər verir ki, sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barrelə çatdırılması nəzərdə tutulur.

“OPEC plus” ölkələri nazirlərinin 32-ci iclasının 5 sentyabr tarixində keçirilməsi razılaşdırılıb.

Qeyd edək ki, bu dəfəki nazirlər iclası avqustun 1-dən etibarən vəzifəsinin icrasına başlayan OPEC-in yeni baş katibi küveytli Haysam Əl-Qaysın (Haitham Al Ghais) rəhbərliyi ilə keçirilmiş ilk iclasdır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər