07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Ərdoğan: "Türkiyə ilə Rusiya ticarət ödənişlərini rublla aparacaq"
Tarix: 06-08-2022 16:15 | Bölmə: İqtisadiyyat
Ərdoğan: "Türkiyə ilə Rusiya ticarət ödənişlərini rublla aparacaq"

Türkiyə ilə Rusiya arasında həyata keçirlən ticarətdə ödəniş rublla həyata keçiriləcək.

Reyting.az
NTV-yə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidən dönərkən deyib.

O bildirib ki, Rusiya ilə ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq hədəfi var: "Biz bu məqsdələ Soçidə Putinlə görüşdə ticarətdə ödəniş prosesini rublla həyata keçirməyə razılaşdıq. Ticarətimizi rublla aparacağımız üçün bu, təbii ki, Türkiyə və Rusiya üçün ciddi gəlir mənbəyinə çevriləcək".

Ərdoğan onu da deyib ki, Putin onu Özbəkistanda keçiriləcək Şanxay konfransında iştraka dəvət edib: "İnşallah, önümüzdəki aylarda bunu dəyərləndirəcəyik. Nəsibsə, qatılacağıq".




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}