"Azərsu"da 55 milyon manatlıq tenderlər hansı şirkətlərə verilib?
Tarix: 08-08-2022 10:47 | Bölmə: İqtisadiyyat
"Azərsu"da 55 milyon manatlıq tenderlər hansı şirkətlərə verilib?

"Azərsu" ASC Bakı şəhərinin bir hissəsinin və Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “Arko Təmir Tikinti Şirkəti” MMC (1), “Maqro Construction MMC-nin yerli filialı və "AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsidir (2).

Qalib şirkətlərə müvafiq olaraq 5,115 milyon manat və 49,476 milyon manat, ümumilikdə isə 54,591 milyon manat ödəniləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}