20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Nazirliyin kollegiyasının tərkibi genişləndirilib
Tarix: 10-08-2022 09:45 | Bölmə: İqtisadiyyat
Nazirliyin kollegiyasının tərkibi genişləndirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib.

Reyting.az
xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi 13 nəfərdən 15 nəfərə yüksəldilib.

Kollegiyanın tərkibinə aşağıdakı üzvlər də əlavə edilib:

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri;

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.

Beləliklə, Kollegiyanın yeni tərkibi aşağıdakı kimi olacaq:

Kollegiyanın sədri:

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri;

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri;

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri;

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri;

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri;

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri;

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər