20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Dünya bazarında neft və qazın qiyməti enib
Tarix: 22-08-2022 09:41 | Bölmə: İqtisadiyyat
Dünya bazarında neft və qazın qiyməti enib

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiymətində ucuzlaşma qeydə alınıb.

Məlumata görə, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,99 faiz azalaraq 9,188 ABŞ dolları təşkil edib.

Təbii qazla yanaşı neftin qiymətində də ucuzlaşma qeydə alınıb. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin oktyabr müqaviləsinin dəyəri 1,39 faiz azalaraq 1 barelə görə 95,38 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,44 faiz azalaraq 89,14 dollar olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər