Səfir: "Sonra da şikayətlənirik ki, ölkəmizə turistlər az gəlir”
Tarix: 29-08-2022 12:03 | Bölmə: İqtisadiyyat
Səfir: "Sonra da şikayətlənirik ki, ölkəmizə turistlər az gəlir”

Keçmiş Xarici İşlər naziri, hazırda Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri olan Vilayət Quliyev bahalaşmadan şikayətlənib.

Reyting.az
xəbər verir ki, o, sosial şəbəkədəki hesabında belə müqayisə aparıb: "Varşavanın (Polşanın paytaxtı- red) mərkəzində beş seçimdən birini edib 10 manata (25 zlotı, yaxud 6 dollar) belə müxtəlif çeşidli səhər yeməyi sifariş vermək mümkündür. Üstəlik kofe, yaxud çay da bu hesaba daxildir. Bakının mərkəzində isə 10 manata yalnız iki fincan çay içmək olar. Düzdür, yanında bir mikroskopik ölçülü qurabiyə də verirlər. Sonra da şikayətlənirik ki, ölkəmizə turistlər az gəlir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}