Azərbaycan və Türkiyə elektron hökumət portallarını birləşdirir
Tarix: 30-08-2022 17:26 | Bölmə: İqtisadiyyat
Azərbaycan və Türkiyə elektron hökumət portallarını birləşdirir

Sentyabrın 1-də Türkiyədə bu ölkənin "e-devlet" portalı ilə Azərbaycanın "e-gov" portalının intqrasiyasının təqdimatı olacaq.

Reyting.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, bu, o deməkdir ki, Azərbaycan vətəndaşı Türkiyəyə getdiyi zaman ondan hər hansı Azərbaycanın dövlət qurumun verməli olduğu sənəd tələb olursa, onu "e-devlet"dən və yaxud əksinə Türkiyə vətəndaşı Azərbaycanda hansısa sənəd tələb olunsa onu "e-gov"dan əldə edə biləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}