20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Təhlükəsizlik Xidməti ilə Dövlət Xidmətinin əməkdaşlarına əlavə ezamiyyə xərcləri veriləcək
Tarix: 31-08-2022 18:03 | Bölmə: İqtisadiyyat
Təhlükəsizlik Xidməti ilə Dövlət Xidmətinin əməkdaşlarına əlavə ezamiyyə xərcləri veriləcək

Baş nazir Əli Əsədov “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişiklik edib.

Reyting.az
 xəbər verir ki, yeni qərara əsaəsn, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının mehmanxana xərcləri təqdim edilmiş təsdiqedici sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödəniləcək.

Qərarın əvvəlki variantı isə belə olub: "Mühafizə olunan şəxslərin ölkədaxili səfərləri zamanı təhlükəsizliyi təmin edən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının mehmanxana xərcləri təqdim edilmiş təsdiqedici sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödənilir".

Qeyd edək ki, Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat müəyyən edilib.

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər