20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin icrası generala tapşırılıb
Tarix: 01-09-2022 12:49 | Bölmə: İqtisadiyyat
Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin icrası generala tapşırılıb

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Komitə sədrinin I müavini, general İsmayıl Hüseynova həvalə edilib.

Məlumata görə, bu barədə DGK sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Dövlət Komitəsindən “Report”a faktı təsdiqləyiblər.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Kəngərli vəzifəsindən azad edilərək təqaüdə göndərilib. O, daha əvvəl Hava Nəqliyyatında Baş Gömrük İdarəsində maliyyə şöbəsinə rəhbərlik edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər