Fransa ilə Azərbaycan arasında ticarət dövriyyəsi nə qədərdir?
Tarix: 15-10-2022 23:48 | Bölmə: İqtisadiyyat
Fransa ilə Azərbaycan arasında ticarət dövriyyəsi nə qədərdir?

Fransa ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi bu ilin ilk 7 ayında 11.2 faiz artaraq 159.89 milyon dollardan 177.83 milyon dollara yüksəlib.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin üzvü, iqtisadçı-alim Vüqar Bayramov bildirib.

V. Bayramov qeyd edib ki, Fransa ilə Azərbaycan ümumi ticarət dövriyyəsində böyük paya malik olmasalar da, dinamika artan istiqamətdə dəyişir.

Milli Məclisin üzvü diqqətə çatdırıb ki, Fransa prezidentinin qərəzli, birtərəfli açıqlamalarına baxmayaraq, biznes yeni imkanlar axtarır. “Unutmayaq ki, imkalar hər zaman inkişaf gətirir. Regionda sülh əldə edildikdən sonra isə yeni imkanlar daha çox olacaq: bunda maraqlı olmayan dövlətlərin olmasına baxmayaraq”,- deyə V. Bayramov qeyd edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}