20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Vətəndaşlara “Kapital Bank”ın adından fişinq mesajlar göndərilir
Tarix: 18-10-2022 18:19 | Bölmə: İqtisadiyyat
Vətəndaşlara “Kapital Bank”ın adından fişinq mesajlar göndərilir

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları “Kapital Bank” ASC adından göndərilən fişinq mesajları barədə xəbərdar edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Reyting.az-a bildirilib ki, son günlər “Kapital Bank”ın adından veb-səhifə yaradılaraq vətəndaşlara fişinq mesajları göndərilir və pul vəsaiti təklif olunur.

"Onlardan vəd olunan məbləği əldə etmək üçün təqdim olunan saxta veb-səhifəyə bank və digər fərdi məlumatlarını daxil etmək tələb edilir. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, şübhəli keçidlərə daxil olmamağı tövsiyə edir. Hər hansı şirkət və ya qurum adından belə məlumatlar aldıqda öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və yaxud qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olmaq məsləhət görülür", - məlumatda deyilir.

Nazirlik vurğulayır ki, həmçinin bu kimi hallarla qarşılaşdıqda vətəndaşlardan “1654” qaynar xətti, www.cert.az saytı və ya [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək xahiş olunur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər