Avropa İttifaqı İrana növbəti sanksiya tətbiq edib - Rusiyaya görə
Tarix: 19-10-2022 16:54 | Bölmə: İqtisadiyyat
Avropa İttifaqı İrana növbəti sanksiya tətbiq edib - Rusiyaya görə

Avropa İttifaqına (Aİ) üzv dövlətlər Rusiyaya İran istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) tədarükü ilə məşğul olduqları iddia edilən 8 fiziki və hüquqi şəxsə qarşı sanksiyaların qəbul edilməsi barədə ilkin razılığa gəlib.

Bu barədə "Reuters" məlumat yayıb.

Avropalı diplomatlar agentliyə bildiriblər ki, "qara siyahı"ya salınmış şəxslərin adları gün ərzində səfirlərə təqdim olunacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}