20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Dövlət büdcəsinin xərcləri artıb
Tarix: 21-10-2022 10:31 | Bölmə: İqtisadiyyat
Dövlət büdcəsinin xərcləri artıb

2022-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 21039,2 milyon manat proqnoza qarşı 20470,7 milyon manat və ya 97,3 faiz icra edilib. Maliyyə Nazirliyinin məlumatına görə, bu da ötən ilin eyni dövrünə nisbətən 2758,7 milyon manat və ya 15,6 faiz çoxdur.

Dövlət büdcəsi xərclərinin 12669,4 milyon manatı və ya 61,9 faizi cari xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 1194,4 milyon manat və ya 10,4 faiz çox), 6608,3 milyon manatı və ya 32,3 faizi əsaslı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 1884,8 milyon manat və ya 39,9 faiz çox), 1193,0 milyon manatı və ya 5,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 320,5 milyon manat və ya 21,2 faiz az) yönəldilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər