20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Azərbaycanın Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatdırılacaq
Tarix: 24-10-2022 15:05 | Bölmə: İqtisadiyyat
Azərbaycanın Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatdırılacaq

Azərbaycan hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən istifadə etmək istəyir.

Reyting.az
xəbər verir ki, bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi görüşdən sonra mətbuat üçün verdiyi birgə bəyanatda bildirib.

"Bu barədə danışmışıq. Mən bizim planlarımız haqqında baş naziri məlumatlandırdım. Bunun üçün böyük ehtiyac var və böyük potensial var", - deyə dövlət başçısı qeyd edib.

O, həmçinin əlavə edib ki, gələn il Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri xətti ilə neft ixracı artırılacaq.

Prezident qeyd edib ki, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir: "Biz yeni layihələr haqqında düşünürük. Biz qaz ixracatını dünya bazarlarına artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair memorandom göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracatını 2 dəfə artıracaq. Yəni bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır.

Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər