20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Dövlət Xidməti şadlıq evi və 20 maşını hərracda satıb
Tarix: 26-10-2022 10:27 | Bölmə: İqtisadiyyat
Dövlət Xidməti şadlıq evi və 20 maşını hərracda satıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda daha 1 obyekt və 20 nəqliyyat vasitəsi özəlləşdirilib.

Reyting.az
xidmətə istinadla xəbər verir ki, hərraca çıxarılmış dövlət əmlaklarına ümumilikdə 96 sifariş qəbul edilib, bunun 5-i elektron qaydada həyata keçirilib.

Özəlləşdirilən obyekt Bakının Qaradağ rayonunda yerləşən “Şadlıq evi”dir. Torpaq sahəsi ilə birgə özəlləşdirilən əmlak 39 000 manata satılıb.

Hərracda nəqliyyat vasitələri rəqabətli şəkildə satılıb. İlkin satış qiyməti 6 500 manat olan “Nissan Sunny” markalı avtomobilə son təklif 10 650 manat, ilkin satış qiyməti 10 000 manat olan “Kia Sorento” markalı avtomobilə son təklif isə 15 000 manat olub.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: https://clck.ru/sKmjK

Növbəti hərraclar noyabrın 15-də və 22-də keçiriləcək. Hərraclara 6 səhmdar cəmiyyətinin səhm paketi, 25 kiçik dövlət müəssisəsi və obyekti, 73 nəqliyyat vasitəsi çıxarılacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər