20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Gəncə Xalça Kombinatı 7.5 milyona özəlləşdirilib
Tarix: 28-10-2022 12:49 | Bölmə: İqtisadiyyat
Gəncə Xalça Kombinatı 7.5 milyona özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Gəncə Xalça Kombinatı” MMC-dəki dövlətə məxsus payın özəlləşdirilməsinə dair bu ilin avqust ayında elan etdiyi investisiya müsabiqəsinə yekun vurub.

Reyting.az
xəbər verir ki, "Gəncə İlməçi” MMC müsabiqənin qalibi elan edilib.

Qalib şirkət onunla imzalanmış alqı-satqı müqaviləsinə uyğun olaraq, dövlət büdcəsinə 7,5 milyon manat vəsaitin köçürülməsini, 22 milyon manat dəyərində iki illik İnvestisiya Proqramının icrasını, müəssisənin büdcəyə olan borclarının tənzimlənməsini, digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.

İnvestisiya Proqramına əsasən, müəssisədə yeni istehsal və xidmət sahələri (korpuslar, sexlər, anbarlar və s.) istifadəyə veriləcək, müəssisəyə müasir xalçaçılıq avadanlıqları, habelə müxtəlif digər texnoloji qurğular, maşın-mexanizmlər, cihazlar, nəqliyyat vasitələri alınacaq, məhsulların nümayişi və satışının təşkili üçün sərgi-satış salonu yaradılacaq. Müəssisənin infrastruktur təminatı tam yenilənəcək, xammal, material, komplektləşdiricilər alınacaq, ərazidə abadlıq işləri görüləcək, işçilərin şəraitinin yaxşılaşdırılması üçün yeni yeməkxana binası istifadəyə veriləcək.

İnvestisiya Proqramının icrası nəticəsində müəssisədə ildə 1200-1500 kvadratmetr xalça məmulatlarının (palaz, kilim, gəbə, namazlıq və s.) istehsalı planlaşdırılır ki, bu məqsədlə 150-dən artıq işçi cəlb olunacaqdır. İstehsal olunan məhsulların ixrac edilməsi də nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər