20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini yenidən endirib
Tarix: 30-10-2022 00:37 | Bölmə: İqtisadiyyat
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini yenidən endirib

Türkiyə Mərkəzi Bankı son üç ayda 83%-lik rekord inflyasiya fonunda ölkədə əsas faiz dərəcəsini üçüncü dəfə aşağı salıb.

Bunu ölkənin Türkstat Statistika İnstitutunun məlumatları sübut edir.

Qeyd edilir ki, sentyabrda Türkiyədə inflyasiya 83%-i keçib. Bir il əvvəl inflyasiya 20%-dən bir qədər aşağı səviyyədə olub.

Hazırda Türkiyədə əsas faiz dərəcəsi 10,5% səviyyəsindədir.

Sentyabrın sonunda türk lirəsi ABŞ dollarına nisbətdə 12%-lə tarixi minimuma enib. Sentyabrın 26-da keçirilən ticarət zamanı valyuta aşağı həddə - 1 dollar üçün 18,458 lirəyə düşüb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər