20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Dünya bazarı: neft ucuzlaşır, təbii qazın qiyməti artır
Tarix: 31-10-2022 09:31 | Bölmə: İqtisadiyyat
Dünya bazarı: neft ucuzlaşır, təbii qazın qiyməti artır

ICE London qitələrarası birjasındakı ticarət əməliyyatlarının gedişində, “Brent” markalı neftin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 0,71 faiz və ya 0,67 dollar azalaraq, 1 barelə görə 93,1 dollar təşkil edib.

Reyting.az
-ın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,58 faiz və ya 0,51 dollar azalaraq 87,39 dollara enib.

Neftdən fərqli olaraq, təbii qazın qiymətində artım müşahidə olunur.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 3,69 faiz artaraq, 6,014 ABŞ dolları təşkil edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər