Mərkəzi Bankın sədri bank rəhbərləri ilə görüşüb - Foto
Tarix: 31-10-2022 09:38 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bankın sədri bank rəhbərləri ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə görüşüb. Məlumata görə, görüşdə banklararası pul bazarının aktivləşdirilməsi müzakirə olunub.

Reyting.az
-ın məlumatına görə, Taleh Kazımov "Twitter" hesabında yazıb ki, görüşdə yeni əməliyyat çərçivəsi, banklararası pul bazarının aktivləşdirilməsi, açıq bazar və daimi imkanlar alətlərinin işə salınması, bunlarla bağlı digər mövzuları ehtiva edən təqdimatlar ətrafında geniş müzakirələr keçirilib.

T. Kazımov qeyd edib ki, 12-17 oktyabr tarixlərində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantılarında iştirak çərçivəsində banklararası əlaqələrin inkişafı, müxbir hesabların yaradılması istiqamətində şaxələndirmənin təmin edilməsi məqsədilə keçirilmiş görüşlərin nəticələri barədə də fikir mübadiləsi aparılıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}