20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Yeni doğulan uşaq və dəfn üçün verilən müavinətlər artırılacaq
Tarix: 01-11-2022 13:53 | Bölmə: İqtisadiyyat
Yeni doğulan uşaq və dəfn üçün verilən müavinətlər artırılacaq

Azərbaycanda uşağın anadan olması və dəfn üçün verilən müavinətlərin məbləğinin artırılması təklif edilir.

Reyting.az 
xəbər verir ki, Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı rəyinə əsasən, əvvəlki illərin icra göstəricilərinin təhlilinə əsaslanaraq növbəti ildə müavinət məbləğlərində dəyişiklik edilməyəcəyi halda uşağın anadan olmasına və 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar, eləcə də dəfn üçün müavinətlər üzrə nəzərdə tutulmuş vəsaitin məbləğinə yenidən baxılmasını tövsiyə edib.

Xatırladaq ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanına dəyişiklik edilməsi barədə” 2021-ci il 20 dekabr tarixli 1496 nömrəli Fərmanına əsasən uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği cari ilin 1 yanvar tarixindən 50% artırılaraq 300 manata çatdırılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər