20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Neft yenidən bahalaşır, təbii qaz isə…
Tarix: 02-11-2022 09:19 | Bölmə: İqtisadiyyat
Neft yenidən bahalaşır, təbii qaz isə…

ICE London qitələrarası birjasındakı ticarət əməliyyatları zamanı “Brent” markalı neftin ixracına dair 2023-cü ilin yanvar müqaviləsinin dəyəri 1,15 faiz artaraq 1 barelə görə 95,74 dollar olub.

Reyting.az
xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,4 faiz artaraq 89,61 dollara yüksəlib.

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiymətində də artım olub.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,07 ABŞ dolları və ya 2,17 faiz artaraq 97,57 dollar təşkil edib.

Neftdən fərqli olaraq, dünya bazarında təbii qazın qiymətində enmə qeydə alınıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,27 faiz azalaraq 5,803 ABŞ dolları təşkil edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər