20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Dünya bazarı: neftin və qazın qiyməti enib
Tarix: 03-11-2022 09:21 | Bölmə: İqtisadiyyat
Dünya bazarı: neftin və qazın qiyməti enib

ICE London qitələrarası birjasındakı ticarət əməliyyatları zamanı “Brent” markalı neftin ixracına dair 2023-cü ilin yanvar müqaviləsinin dəyəri 0,4 faiz azalaraq, 1 barelə görə 95,78 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,56 faiz azalaraq, 89,5 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının da qiyməti azalıb.

Dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) 1,93 faiz azalaraq, 6,092 ABŞ dolları təşkil edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər