20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Azərbaycanda bu şəxslərə 5 il müddətində birdəfəlik müavinət veriləcək
Tarix: 03-11-2022 11:06 | Bölmə: İqtisadiyyat
Azərbaycanda bu şəxslərə 5 il müddətində birdəfəlik müavinət veriləcək

Azərbaycanda bu şəxslərə 5 il müddətində birdəfəlik müavinət veriləcək.

Reyting.az 
xəbər verir ki, bu barədə “Sosial müavinətlər haqqında” qanunun 4-cü maddəsinə (Müavinətlərin növləri) dəyişiklik təklif olunur.

Dəyişikliklə birdəfəlik müavinətlərin növləri siyahısına “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət” daxil edilir.

Bununla da azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 5 il müddətində birdəfəlik müavinət veriləcək.

Qeyd edək ki, hazırda birdəfəlik müavinətlərin aşağıdakı növləri var:

1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;

2. uşağın anadan olmasına görə müavinət:

3. dəfn üçün müavinət.

Dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər