20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik ediləcək
Tarix: 03-11-2022 12:02 | Bölmə: İqtisadiyyat
“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik ediləcək

Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddəti daha 3 il uzadılır.

Reyting.az
xəbər verir ki, bu barədə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik ediləcək.

Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.

Ancaq təklif olunan dəyişikliyə əsasən, sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılması nəzərdə tutulur.

Layihənin qeyd hissəsində göstərilib ki, sözügedən dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər