20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Dünya bazarı: neft və təbii qaz yenidən bahalaşır
Tarix: 04-11-2022 10:07 | Bölmə: İqtisadiyyat
Dünya bazarı: neft və təbii qaz yenidən bahalaşır

ICE London qitələrarası birjasında “Brent” neftinin ixracına dair 2023-cü ilin yanvar müqaviləsinin dəyəri 1,98 faiz artıb. Artıq “Brent” neftinin 1 barelə görə qiyməti 96,54 dollardır.

Reyting.az
xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2,13 faiz artaraq, 90,05 dollara yüksəlib.

Neftlə yanaşı təbii qazın qiymətində də artım qeydə alınıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti yüksəlib.

Dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,65 faiz artaraq, 6,027 ABŞ dollarına çatıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər