Ərdoğan: “Putinlə kasıb ölkələrə pulsuz taxıl göndərilməsi barədə razılaşmışıq”
Tarix: 04-11-2022 13:17 | Bölmə: İqtisadiyyat
Ərdoğan: “Putinlə kasıb ölkələrə pulsuz taxıl göndərilməsi barədə razılaşmışıq”

“Dünən BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığımda Rusiya ilə Ukrayna arasında davam edən müharibə nəticəsində yaranan ərzaq böhranını müzakirə etdik”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O söyləyib ki, kasıb ölkələrə dəstək davam etməlidir: “Rusiya prezidenti Vladimir Putin təklif edib ki, Rusiya taxılı ödənişsiz olaraq kasıb ölkələrə göndərilsin. Bununla bağlı onunla razılaşdıq. Etməli olduğumuz budur”.

R.T.Ərdoğan xatırladıb ki, noyabrın 13-14-də keçiriləcək G-20 sammitində bu məsələ müzakirə olunacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}