20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Samir Şərifov: " Prezidentin tapşırığı var ki, hərbi sahəyə xüsusi diqqət yetirilsin"
Tarix: 04-11-2022 16:40 | Bölmə: İqtisadiyyat
Samir Şərifov: " Prezidentin tapşırığı var ki, hərbi sahəyə xüsusi diqqət yetirilsin"

“Maliyyə Nazirliyi hərbçilərin “Qazan təminatı”nın (hərbçilərin dövlət hesabına pulsuz yeməklə təmin olunması-red) artırılması məsələsi ilə məşğuldur. Yəqin ki, bununla əlaqədar müəyyən təkliflər olacaq”.

Bunu maliyyə naziri Samir Şərifov Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 4-də keçirilən birgə iclaslarında təkliflərə cavabıda deyib.

“Cənab Prezidentin tapşırığı ondan ibarətdir ki, hərbi sahəyə xüsusi diqqət yetirilsin. Bu istiqamətdə də müavfiq işlər görülür. O cümlədən, hərbçilərin sosial-məişət təminatının yaxşılaşdırılması istiqamətində addımlar atılır, hər il ordumuzda 20 il xidmət keçən hərbi qulluqçulara mənzillər verilir. Bu proqram hər il davam etdirilir. Bu məsələyə də biz baxacağıq və müvafiq təkliflər olacaq”, - nazir vurğulayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər