Ərdoğan: “Bakı-Tbilisi-Ceyhan boru xətti beynəlxalq miqyasda ən uğurlu enerji layihələrindəndir”
Tarix: 11-11-2022 10:42 | Bölmə: İqtisadiyyat
Ərdoğan: “Bakı-Tbilisi-Ceyhan boru xətti beynəlxalq miqyasda ən uğurlu enerji layihələrindəndir”

“Bakı-Tbilisi-Ceyhan boru xətti beynəlxalq miqyasda ən uğurlu enerji layihələrindəndir”.

Reyting.az
 xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, TDT enerji sahəsində ümumi layihələrə çox böyük əhəmiyyət verir: “Türk İnvestisiya Fondunun ən qısa vaxtda reallaşması faydalı olacaq. Bu fondun əməkdaşlığımızı daha da gücləndirəcəyinə inanıram”.

R.T.Ərdoğan, həmçinin bildirib ki, nəqliyyat, ticarət və enerji sahəsində təşkilat üzvləri arasında əməkdaşlığın dərinləşməsinə əhəmiyyət verirlər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}