20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Nazir: "Manatın kəskin bahalaşmasının mənfi təsirləri ola bilər"
Tarix: 11-11-2022 13:44 | Bölmə: İqtisadiyyat
Nazir: "Manatın kəskin bahalaşmasının mənfi təsirləri ola bilər"

"Azərbaycana böyük məbləğdə valyuta daxilolmaları fonunda manatın məzənnəsi kəskin şəkildə möhkəmlənə bilər ki, bunun da bir sıra mənfi təsirləri ola bilər".

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

"Manatın bahalaşması xüsusilə ixracla məşğul olan şirkətlərimizə problem yarada bilər", - deyə o, qeyd edib/Report.

Nazir əlavə edib ki, gələn il üçün dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 50 ABŞ dolları götürülməsi çox mühafizəkar yanaşmadır: "Bu yanaşma bizi qlobal neft bazarlarında baş verən təlatümlərdən qoruyur. Siyasətimiz odur ki, neftdən asılılığı ardıcıl sürətdə azaldaq. Hazırda biz dünya bazarında 90 dollardan yüksək olan qiyməti 50 dollar səviyyəsində nəzərə almışıq. Bu yanaşma ilə neftin qiymətinin oynamasının mənfi təsirlərndən özümüzü sığortalayırıq. Hesab edirəm ki, növbəti illərdə biz bu siyasəti davam etdirəcəyik. Bu məsələdə kifayət qədər ehtiyyatlı olmalıyıq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər