Maliyyə Nazirliyi hərraca istiqraz çıxaracaq - 100 min ədəd
Tarix: 15-04-2016 16:56 | Bölmə: İqtisadiyyat

 

Aprelin 19-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarılarının satışı üzrə hərrac keçiriləcək.

Reyting.az bildirir ki, bu barədə fins.az-a BFB-dən məlumat verilib. Məlumata görə, hərraca hər birinin nominal dəyəri 100 manat olan 100 min istiqraz çıxarılacaq. İstiqrazların tədavül müddəti 364 gün (ödəmə tarixi 18 aprel 2017-ci il), anderrayteri "Unicapital” şirkətidir.

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər