Azərbaycanlı “qanuni oğru”ya cəza istəniləcək
Tarix: 17-07-2019 11:47 | Bölmə: Xəbərlər
Azərbaycanlı “qanuni oğru”ya cəza istəniləcək

İyulun 17-də Minsk rayon məhkəməsində dövlət ittihamçısı 2018-ci ilin noyabr ayında silah, narkotik və saxta sənədlərlə saxlanılan “qanuni oğru” Rəşad İsmayılova (Rəşad Gəncəli) və onun iki əlaltısına cəza istəyəcək.

Reyting.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, iki Azərbaycan və bir Belarus vətəndaşı xüsusi təyinatlıların dəstəyi ilə Minsk yaxınlığındakı elit klubda saxlanılıblar.

İsmayılovun üzərində başqasının adına pasport olub. Onun sürücüsü, Brest sakini Valeri Qritsukdan tapança və güllə, təqsirkar bilinən üçüncü şəxs – Azərbaycan vətəndaşı Vaydar Məmmədovdan həşiş götürülüb. Onların hər üçünə qarşı cinayət işi açılıb.

Ötən həftə başlayan məhkəmədə məlum olub ki, İsmayılov Rusiya vətəndaşının pasportundan istifadə edib. O, həmin sənədlə Minskdə kazinoya gedib, oradan pul götürüb, “Belarus-Ukrayna sərhədini “Novaya Quta” buraxılış məntəqəsindən keçməklə Minsk-İstanbul təyyarəsi ilə uçub.

Bundan başqa, “qanuni oğru” Belarus ərazisinə Rusiyadan “Tokarev” və “Makarov” tapançaları, Qritsukla əvvəlcədən razılaşmaqla güllələr gətirməkdə təqsirkar bilinir. Onların, Belarusa “Lexus” markalı avtomobil gətirdikləri də məlum olub.

Onlar günahlarının bir qismini boyunlarına alıblar.

Bundan əvvəl verilən xəbərə görə, Rəşad Gəncəli Belarusa nüfuzlu “qanuni oğru” Nadir Səlifovun (Quli) tapşırığı ilə gələ bilərdi. O, bundan əvvəl də onun tapşırıqlarını yerinə yetirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}