16:25 / 15-09-2019
Sabiq deputat vəfat etdi
14:02 / 15-09-2019
Xalqı çaşdıran yalanlar
Jurnalist özünü yanan binadan atdı - Azərbaycanda
Tarix: 20-08-2019 17:53 | Bölmə: Xəbər lenti
Jurnalist özünü yanan binadan atdı - Azərbaycanda

Şabranda yaşayış binasında baş verən yanğın nəticəsində 7 nəfər tüstüdən zəhərlənib.

Xatırladaq ki, hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi, eləcə də Şabran Rayon Mərkəzi Xəstəxanasının təcili-tibbi yardım briqadaları cəlb edilib.

Tüstüdən zəhərlənən sakinlər Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara müvafiq tibbi yardım göstərilib.Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət edən 51 yaşlı kişiyə sağ topuğun kəsilmiş yarası, 1 kişi və 5 qadına isə tüstüdən boğulma, həmçinin stress diaqnozu qoyulub.

Onlardan iki nəfəri cərrahiyyə şöbəsinə, beş nəfər isə reanimasiyaya yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Zəhərlənənlər arasında "Sputnik Azərbaycan"ın bölgə müxbiri Leyla Abdullayeva da var.

Leyla Abdullayevanın həyat yoldaşı İbrahim Abdullayev "Yeni Sabah"a açıqlamasında bildirib ki, yanğın zamanı o evde olub, yanğından xəbərsiz olub, bir də onu görüb ki, evi tüsdü basıb və dərhal evin balkonundan özünü tullayıb.

Balkondan tullanan jurnalist belindən zədə alıb, bundan əlavə o, tüstüdən də zəhərlənib. Onu dərhal xəstəxanaya yerləşdiriblər.

Onu da qeyd edək ki, "Sputnik Azərbaycan"nın bölgə müxbiri Leyla Abdullayeva o evdə kirayəşin kimi qalır və Azərbaycanın Şimal bölgəsini təmsil edir.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}