Akif Əlizadə: "AMEA-da lisey yaradılacaq"
Tarix: 16-09-2019 11:32 | Bölmə: Xəbərlər
Akif Əlizadə: "AMEA-da lisey yaradılacaq"

"Gələn ildən Azərbaycan Milli Elmlər Akademiyasında lisey fəaliyyət göstərə bilər. Akademiyada liseyin yaradılması nəzərdə tutulan məsələlərdən biridir. İstərdik ki, X-Xl sinif şagirdləri akademiyanın liseyinə qəbul olunsunlar. Güman edirəm ki, akademiyanın 75 illiyi ilə əlaqədar akademiyada lisey fəaliyyətə başlayacaq".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

O xatırladıb ki, gələn il martın 27-də akademiyanın 75 illiyidir: "Ötən dövr ərzində AMEA-da möhtəşəm elmi məktəblər fəaliyyət göstərib, burada işləyən görkəmli alimlər dünya elminə töhfələr veriblər. Bu gün akademiya həm təhsil ocağı, həm də elmi müəssisədir".

Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}