14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Həmsədrlər Ermənistana gedib
Tarix: 14-10-2019 16:13 | Bölmə: Xəbərlər
Həmsədrlər Ermənistana gedib

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov, Rusiya Federasiyası; Stefan Viskonti, Fransa və Endryu Şafer, Amerika Birləşmiş Ştatları) regiona gəliblər.

"İnterfaks" xəbər verir ki, bunu brifinqdə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan söyləyib.

"Regional səfərə gəlmiş ATƏT-in Minsk qrupunun vasitəçiləri bu gün və sabah Ermənistanda olacaqlar", - deyə A.Naqdalyan bildirib.

Qeyd edək ki, bölgəyə səfər çərçivəsində vasitəçilər Bakıya da gələcəklər/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}