Türkiyə Suriyada daha iki şəhid verdi
Tarix: 15-10-2019 21:21 | Bölmə: Xəbərlər
Türkiyə Suriyada daha iki şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində antiterror əməliyyatı aparan qoşun birləşmələrində təmsil olunan hərbçilərdən ikisi şəhid olub, yeddisi yaralanıb.

Reyting.az
Türkiyə Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Menbiç bölgəsində baş verən hadisə terrorçuların türk hərbçilərini toplardan və raketlərdən atəşə tutması nəticəsində baş verib.

Nazirlik şəhidlərin ailələrinə başsağlığı verib.




Bölməyə aid digər xəbərlər