10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Məhkəmə baş redaktorla bağlı qərar verib - Foto
Tarix: 16-10-2019 19:49 | Bölmə: Xəbərlər
Məhkəmə baş redaktorla bağlı qərar verib

Dünən Masallı Rayon Məhkəməsində “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərovun cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə növünə keçirilməyi barədə ərizəsinə baxılıb.

Azərbaycan Respublikası Cəzalarının İcrası Məcəlləsinin 70-ci maddəsinin 70.1-ci bəndinə əsasən ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digər növünə keçirilə bilərlər.

Azadlıqda olmasına baxmayaraq, məhkumluq həyatı tam bitməyən "Asiya.az" xəbər portalının baş redaktoru Cəfər Cəfərov da bu hüquqdan yararlanıb. Belə ki, C. Cəfərov Masallı Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 10 ay müddətinə nəzarət etmək üçün Ədliyyə Nazirliyi İcra və Probasiya İdarəsinə verilib.

Məhkəmə baş redaktorla bağlı qərar verib

Asiya.az xəbər verir ki, C. Cəfərov dünəndən etibarən cəza çəkdiyi 11 saylı məntəqə tipli CÇM-dən azad edilib. Bundan sonra onun cəzasından qalan 10 ay müddətə Masallı Rayon İcra və Probasiya şöbəsi nəzarət edəcək.

Qeyd olunur ki, "Asiya.az"ın baş redaktoru 4 mart 2015-ci il də Masallı rayonunun icra başçısı Rafil Hüseynovun sifarişi ilə BMCMİ tərəfindən saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə AR CM-nin 182.2.1 və 221.1-ci maddələri ilə təqsirli bilinərək 6 il azdlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. C. Cəfərov 25 yanvar 2019-cu il tarixindən etibarən cəzasını Masallı rayon 11 saylı MTCM-də çəkirdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}