07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Aparıcının döyülməsi ilə bağlı araşdırma başlayıb
Tarix: 05-11-2019 17:31 | Bölmə: Xəbərlər
Aparıcının döyülməsi ilə bağlı araşdırma başlayıb

"Elçin Əlibəylinin müraciəti üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır".

Reyting.az
xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin ətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlama yayıb.

Onun sözlərinə görə, faktla bağlı toplanmış materiallar əsasında müvafiq araşdırmalar davam etdirilir: "Bu barədə Elçin Əlibəyli məlumatlıdır. Onun sosial şəbəkələrdə səsləndirdiyi iddialar faktın mahiyyətini ifadə etmir, polis heç bir halda vətəndaş müraciətlərinə etinasız yanaşmır".

Qeyd edək ki, televiziya aparıcısı Elçin Əlibəyli sosial şəbəkədə Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayev tərəfindən döyüldüyünü yazıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}