16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Çeçenistanda mahnı mətnləri senzuradan keçiriləcək
Tarix: 08-11-2019 20:09 | Bölmə: Xəbərlər
Çeçenistanda mahnı mətnləri senzuradan keçiriləcək

Çeçenistanın artistləri öz repertuarlarını müxtəlif komissiya və şuralarla razılaşdırmalıdır.

Reyting.az
Rusiya KİV-nə istinadla bildirir ki, bunu Çeçenistan Respublikasının mədəniyyət naziri Xoj-Baudi Daaev dövlət müəssisələrinin vokalçıları ilə görüşündə açıqlayıb.

“Hər bir ifaçının repertuarının inkişafı məsələsinə toxunulub. Musiqi əsərinin mətninin ekspertlər şurası ilə razılaşdırılmasının vacibliyi vurğulanıb”, - Daaev özünün Instagram səhifəsində yazıb.

Bundan əlavə, məmur qeyd edib ki, ifaçılar “sosial şəbəkələrdə etnik davranış normalarına” əməl etməlidirlər.

Bundan əvvəl, KİV-də məlumat yayılmışdı ki, respublikanın rəhbəri Ramzan Kadırov İnternetdəki təhqirlərə görə sərt cəzalandırımaya çağırış edib. Kremldə bu çağırışa qiymət verməkdən imtina ediblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}