Venesuela ABŞ-la münaqişədə Kolumbiyaya dəstək verəcək
Tarix: 22-10-2025 09:32 | Bölmə: Dünya
Venesuela ABŞ-la münaqişədə Kolumbiyaya dəstək verəcək

Venesuela Cənubi Amerika ölkəsini aşağılamaq və zəiflətmək istəyən ABŞ-nın təzyiqinə qarşı Kolumbiyaya dəstək verməyə hazırdır.

Reyting.az
xəbər verir ki, bunu Venesuelanın Müdafiə naziri Vladimir Padrigo “Lopez VTV” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Kolumbiya bilməlidir ki, Bolivar Silahlı Qüvvələri ona dəstək verəcək.

Nazir əlavə edib ki, Kolumbiya xalqını mənəvi və fiziki baxımdan dəstəkləyirlər.

Bu arada Kolumbiya prezidenti Qustavo Petro ABŞ lideri Donald Trampın “Kolumbiya nəzarətdən çıxıb”,- açıqlamasına sərt cavab verib:

“Əlbəttə ki, bu, nəzarətdən kənardadır, lakin bu, onun nəzarətindən kənardadır! Demokratik ölkədə hökumət Trampa deyil, xalqa cavab verir. O, Kolumbiyanın kralı deyil və biz burada kralları tanımırıq”.

ELÇİN




Bölməyə aid digər xəbərlər