Helium ehtiyatına altı ölkə nəzarət edir - Siyahı
Tarix: 22-10-2025 10:09 | Bölmə: İqtisadiyyat
Helium ehtiyatına altı ölkə nəzarət edir

Helium qazı kvant kompüterləri, mikroçip istehsalı, tibbi diaqnostika (xüsusilə MRT aparatları) və kriogenika kimi sahələrdə həyati rol oynayır. Lakin bu nadir qazın ehtiyatları dünyanın yalnız bir neçə ölkəsində cəmlənib.

Reyting.az
ən böyük helium ehtiyatın sahib ölkələrin adlarını təqdim edir:

1. ABŞ - 20.6 milyard m³ (40%)

2. Qətər - 10.1 milyard m³

3. Əlcəzair - 8.2 milyard m³

4. Rusiya - 6.8 milyard m³

5. Kanada - 2 milyard m³

6. Çin - 1.1 milyard m³.

Qeyd edək ki, dünya üzrə helium ehtiyatı təxminən 51,9 milyard kubmetrdir.

Xatırladaq ki, helium bərpa olunmayan qazdır. Atmosferə yayıldıqdan sonra Yerə qayıtmır.

Heliumun sintetik alternativi yoxdur.

Yaşıl enerji keçidi helium çıxarılmasını çətinləşdirə bilər.

İstifadə sahələrinin 30 faizi kriogenika, MRT və kvant texnologiyalarıdır.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər