19 yaşlı qızın intiharı: “Gəlinliyə görə oğlan evi dava saldı, dedilər, açıq-saçıqdır”
Tarix: 22-10-2025 09:44 | Bölmə: Cəmiyyət
19 yaşlı qızın intiharı: “Gəlinliyə görə oğlan evi dava saldı, dedilər, açıq-saçıqdır”

“Qızımın gəlinlik donu ilə bağlı nişanlısı, onun ata və anası evimdə dava-dalaş saldılar”.

Reyting.az
xəbər verir ki, bu fikirləri teleqraf.com-a bir neçə gün öncə yaşadığı evdə meyiti tapılan 19 yaşlı Ləman Məmmədlinin atası Murad Bayramov söyləyib.

Onun sözlərinə görə, mətbuatda və sosial şəbəkələrdə yazılanlar həqiqəti əks etdirmir:

“Guya aralarındakı yaş fərqinə görə qızım Ləman razı olmayıb, etiraz edib. Tamamilə yanlış fikirlərdir. Əvvəla, oğlanın 35-36 deyil, 33 yaşı var. Elçilik, qız toyu da könüllü və qarşılıqlı razılıq əsasında baş tutub. Hətta Elnurla rəsmi nikah da bağlamışdılar. Həmin andan Ləman rəsmən Məmmədli soyadını daşımağa başladı”.

Murad Bayramov bildirib ki, faciənin bünövrəsi qız toyundan başlayıb:

“Qız toyundan sonra Elnur ata-anası ilə birgə bizə gələrək əməlli dava saldılar ki, bu nə biabırçı, açıq-saçıq gəlinlikdir qızınıza geyindirmisiniz. Biz də dedik ki, adi, çoxunun geyindiyi gəlinlik paltarıdır. Amma qarşı tərəf sakitləşmədi, mübahisəni davam etdirdilər. Sonrakı gün də mübahisə davam etdi. Yanlış ailə ilə qohum olduğumuzun fərqinə vardıq. Amma artıq gec idi”.

M. Bayramov qeyd edib ki, kürəkəni Elnur və valideyinləri yas mərasiminə gəlsələr də, o, buna icazə verməyib, onları qovub.




Bölməyə aid digər xəbərlər
15-10-2025, 13:04 Sabah yağış yağacaq