16:01 / 15-12-2019
Azərbaycanda zəlzələ oldu
4 qəsəbəyə 6 milyon manat ayrıldı - Sərəncam
Tarix: 20-11-2019 15:50 | Bölmə: Gündəm
4 qəsəbəyə 6 milyon manat ayrıldı

Prezident İlham Əliyev "Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncamla Bakı şəhəri Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan cəmi 6 milyon manat, o cümlədən avtomobil yollarının yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}