Ümid Partiyası Ali Məhkəməyə şikayət edəcək - Səbəb
Tarix: 21-02-2020 15:57 | Bölmə: Xəbərlər
Ümid Partiyası Ali Məhkəməyə şikayət edəcək

Azərbaycan Ümid Partiyası seçkidə yol verilmiş qanun pozuntuları ilə bağlı Ali Məhkəməyə şikayət edəcək.

Reyting.az
xəbər verir ki, bunu Ümid Partiyası İcra Aparatının rəhbəri, politoloq Taleh Əliyev deyib.

T. Əliyev bildirib ki, namizədlərimizin təmsil olunduğu dairələrdə kifayət qədər qanun pozuntularına yol verilib. Həmin dairələr barədə Apellyasiya Məhkəməsi ədalətli qərar çıxarmayıb. Buna görə də Ali Məhkəməyə şikayət edəcəyik.

Qeyd edək ki, bundan əvvəl Bakı Apellyasiya Məhkəməsi Ümid Partiyasının qeydə alınmış namizədlərinin şikayətinə baxsa da, onları qane edən qərar qəbul etməyib.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}